Noble Quran » Azərbaycanca » Sorah Al-'alaq ( The Clot )

Choose the reader

Azərbaycanca

Sorah Al-'alaq ( The Clot ) - Verses Number 19
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ ( 1 ) Al-'alaq ( The Clot ) - Ayaa 1
(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ ( 2 ) Al-'alaq ( The Clot ) - Ayaa 2
O, insanı laxtalanmış qandan yaratdı.
اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ ( 3 ) Al-'alaq ( The Clot ) - Ayaa 3
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
الَّذِي عَلَّمَ بِالْقَلَمِ ( 4 ) Al-'alaq ( The Clot ) - Ayaa 4
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ ( 5 ) Al-'alaq ( The Clot ) - Ayaa 5
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَىٰ ( 6 ) Al-'alaq ( The Clot ) - Ayaa 6
Xeyr, insan azğınlıq edər,
أَن رَّآهُ اسْتَغْنَىٰ ( 7 ) Al-'alaq ( The Clot ) - Ayaa 7
Özünün dövlətli olduğunu gördüyü üçün!
إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ ( 8 ) Al-'alaq ( The Clot ) - Ayaa 8
Axı sənin axır dönüşün Rəbbinədir!
أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ ( 9 ) Al-'alaq ( The Clot ) - Ayaa 9
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
عَبْدًا إِذَا صَلَّىٰ ( 10 ) Al-'alaq ( The Clot ) - Ayaa 10
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ ( 11 ) Al-'alaq ( The Clot ) - Ayaa 11
Bir de görək, əgər o doğru yoldadırsa,
أَوْ أَمَرَ بِالتَّقْوَىٰ ( 12 ) Al-'alaq ( The Clot ) - Ayaa 12
Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ ( 13 ) Al-'alaq ( The Clot ) - Ayaa 13
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,
أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰ ( 14 ) Al-'alaq ( The Clot ) - Ayaa 14
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ ( 15 ) Al-'alaq ( The Clot ) - Ayaa 15
Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ ( 16 ) Al-'alaq ( The Clot ) - Ayaa 16
Özü də yalançı, günahkar kəkilindən!
فَلْيَدْعُ نَادِيَهُ ( 17 ) Al-'alaq ( The Clot ) - Ayaa 17
Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
سَنَدْعُ الزَّبَانِيَةَ ( 18 ) Al-'alaq ( The Clot ) - Ayaa 18
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩ ( 19 ) Al-'alaq ( The Clot ) - Ayaa 19
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!

Choose language

Choose Sorah

Choose tafseer

Participate

Bookmark and Share

Programming by nwahy , Powered by Quran For All version 1.1
جزى الله المبرمج خير الجزاء